• çərşənbə axşamı, 23 aprel, 12:45
  • Baku Bakı 24°C

Azərbaycan çempionatında XVIII tura start veriləcək

12.02.17 12:27 1154
Azərbaycan çempionatında XVIII tura start veriləcək
Bu gün keçiriləcək 2 oyunla futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə çempionluğa iddialı komandalar səfər matçlarına çıxacaqlar.
Açılış oyununda lider "Qarabağ" Gəncədə "Kəpəz"in qonağı olacaq. Meydan sahibləri qış fasiləsindən sonrakı hər 3 oyunundan məğlub ayrılıb. "Kəpəz" bu il ilk dəfə Gəncə şəhər stadionunda matça çıxacaq. "Qarabağ" isə ilin əvvəlki 3 turunda 2 qələbə, 1 heç-heçəyə nail olub. Xal itkisi Ağdam komandası üçün liderliyin əldən verilməsi bahasına başa gələ bilər. Çünki bu görüşün ardından "Zirə"nin qonağı olacaq "Qəbələ" meydanı qalib tərk etsə, birinci pilləyə yüksələcək.
Əvvəlki oyunlara nəzər saldıqda, "Qarabağ”ın "Kəpəz"ə son 18 qarşılaşmada məğlub olmadığını görmək olar. Ağdamlılara 15 ilə yaxındır qalib gələ bilməyən Gəncə təmsilçisi son 7 oyunda qol buraxıb. "Kəpəz"in son 3 ev oyununda isə hər iki komanda qol vurub.
"Qəbələ" isə son 3 oyunda "Zirə" üzərində quruhesablı qələbə qazanıb. Daha bir tendensiya odur ki, "Zirə”nin ev oyunlarında qol vuran komanda qalib gəlib.
Azərbaycan Premyer Liqası, XVIII tur
12 fevral (bazar)
14:30. "Kəpəz” – "Qarabağ”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Orxan Məmmədov
AFFA nümayəndəsi:Eldar Qasımov
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu
16:30. "Zirə” - "Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun daha 2 oyunu fevralın 13-də olacaq. AZAL "İnter"i "Neftçi" isə "Sumqayıt"ı qəbul edəcək.
banner

Oxşar Xəbərlər