• cümə, 19 Aprel, 02:49
  • Baku Bakı 18°C

Azərbaycan Bolqarıstanla enerji sahəsində əməkdaşlığı genişləndirə bilər

23.07.17 10:00 1218
Azərbaycan Bolqarıstanla enerji sahəsində əməkdaşlığı genişləndirə bilər
Energetika Sofiya və Bakı arasında əsas əməkdaşlıq sahəsi olaraq qalır və Azərbaycan Bolqarıstanı yalnız Azərbaycan qazının istehlakçı-ölkəsi kimi deyil, həm də Avropa məkanında tranzit dövlət kimi qəbul edir.
Bunu Trend-ə müsahibəsində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova deyib.
Diplomat qeyd edib ki, Bolqarıstan Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsini bütünlüklə dəstəkləyir və Azərbaycanı bu layihədə əsas iştirakçı hesab edir. O bildirib ki, Azərbaycan və Bolqarıstan arasında 2020-ci ildən hər il 1 milyard kubmetr qaz tədarükü barədə müqavilə imzalanıb.
Daha sonra səfir əlavə edib ki, 2020-2030-cu illərdə Azərbaycanda qaz hasilatının artmasını nəzərə alaraq hökumət və SOCAR Bolqarıstanı mühüm tranzit ölkə kimi nəzərdən keçirir və bu kontekstdə əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar var.
Diplomat qeyd edib ki, 2013-cü ildə iki ölkə arasında Azərbaycan qazının Bolqarıstana tədarükü üzrə saziş imzalanıb ki, bu Bolqarıstanın tələbatının üçdə birini təmin edəcək.
banner

Oxşar Xəbərlər