AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan bankı “Qiblə kart”ını təqdim etdi

Azərbaycan bankı “Qiblə kart”ını təqdim etdi

İqtisadiyyat
25 Sentyabr 2013, 12:21 1190
“APA-Economics”in xəbərinə görə, debet “MasterCard Platinum” bazasında hazırlanmış bu kart qeyri-adi üslubda dizayn edilib.

Kartın təqdimatında çıxış edən ABB-nin İslam Bankçılığı departamentinin direktoru Bəhnam Qurbanzadə bildirib ki, kartın üzərində dünyanın istənilən nöqtəsindən qiblənin təyin edilməsi üçün xüsusi elektron kompas yerləşdirilib. Bu kart vasitəsilə kart hesabındakı vəsaitin nağdlaşdırılması, alış-verişlərin və xidmət haqlarının ödənilməsi mümkündür.

“Qiblə kart” debet rejimində, eləcə də bank tərəfindən ayrılan borc limiti ilə də istifadə oluna bilər. Karta ayrılan borc limitinin uzadılması borcun ödəmə müddətinin sonunda müzakirə olunur. Müştəri tərəfindən qaytarılan borc kartın balansına yatırılır və beləliklə, borc limiti bərpa olunur.

B.Qurbanzadə ABB-nin İslam bankçılığı ilə sahəsində gordüyü işlər barədə də məruzə edib. Bildirib ki, 2004-cü ildə ABB tərəfindən ilk maliyyələşmə həyata keçirilib, 2011-ci ildə İslam bankçılığı üzrə işçi qrupu, 2012-ci ildə isə İslam Bankçılığı departamenti yaradılıb. Hazırda departament həm xarici İslam maliyyə təşkilatlarından, həm də daxili bazardan indeksli depozit vasitəsilə vəsaitlərin cəlb edilməsini, eləcə də vəsaitlərin infrastruktur, ticarət və digər sahələr üzrə layihələri İslam bankçılığı prinsipləri əsasında maliyyələşdirir.