Azərbaycan badmintonçusu beynəlxalq turnirinin finalına vəsiqə qazanıb

Azərbaycan badmintonçusu beynəlxalq turnirinin finalına vəsiqə qazanıb

İdman
17 Noyabr 2019, 14:15 1367
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo "Cameroon International 2019” turnirinin finalına vəsiqə qazanıb.
 
AZƏRTAC xəbər verir ki, mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan badmintonçumuz ilk görüşdə əlcəzairli Mohamed Əbdüləziz Oçefounu 2:0 hesabı ilə udub. Növbəti mərhələdə Nigeriya idmançısı Qodvin Olofuanı 2:0 hesabı ilə məğlub edən E.Dviçayo yarımfinalda belçikalı Maksim Morelsi 2:1 hesabı ilə üstələyərək finala yüksəlib. O, finalda Avstriya təmsilçisi Luka Vraberlə mübarizə aparacaq.
 
Qeyd edək ki, turnirdə 29 kişi və qadın badmintonçu iştirak edir.