AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan Avropanın vacib tərəfdaşı və Şərqlə Qərb arasında körpüdür

Azərbaycan Avropanın vacib tərəfdaşı və Şərqlə Qərb arasında körpüdür

Siyasət
20 İyun 2013, 12:39 1013
“Almaniya Azərbaycan-Avropa Birliyi əlaqələrini və Azərbaycanın Avropa institutlarına yaxınlaşmasını dəstəkləyir”. Bu sözləri Almaniyanın xarici işlər naziri Gido Vestervelle Bonnda APA-nın müxbirinə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan öz geopolitik mövqeyi və mədəni irsi ilə Avropa üçün vacib tərəfdaş və Şərqlə Qərb arasında körpüdür: “Biz Avropa Şurasına, Avropa qonşuluq siyasətinə və “Şərq Tərəfdaşlığı”na qoşulan Azərbaycanın Avropa dəyərlərini bölüşməsini yüksək qiymətləndiririk. “Şərq Tərəfdaşlığı” proqramında iştirak etməklə Azərbaycan ümumi sabitlik və inkişaf zonasının tərkib hissəsinə çevrilə bilər”.