• cümə, 19 Aprel, 11:20
  • Baku Bakı 13°C

Azərbaycan Avropanın enerji təhlükəsizliyində daha mühüm rol oynayacaq

23.05.13 11:45 1629
Azərbaycan Avropanın enerji təhlükəsizliyində daha mühüm rol oynayacaq
“Azərbaycan prezidenti Heydər Əliyev, Gürcüstan prezidenti Eduard Şevarnadze və Türkiyə prezidenti Süleyman Dəmirəlin birgə səyləri olmasaydı, Bakı-Tiflis-Ceyhan layihəsi baş tutmazdı”.
APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Meydana çıxan təhlükəsizliyin çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi” mövzusunda NATO Tərəfdaşlıq konfransında çıxışında deyib.
Onun sözlərinə görə, Gürcüstan neft və qaz resurslarının nəqlində çox önəmli rol oynayır: “Gürcüstan o zaman neftin Supsadan nəqlində israrlı ola bilərdi, lakin anladı ki, bütün region üçün neftin Gürcüstan və Türkiyə ərazisi ilə, sonradan isə Aralıq dənizi ilə Ceyhan limanından nəqlinin daha məqsədəuyğundur və bununla da neftin Bosfor körfəzindən daşınmasına ehtiyac duyulmadı”.
Enerji təhlükəsizliyində Azərbaycanın rolundan danışan səfir xatırladıb ki, gələn ay “Nabucco West” və TAP layihələri arasında seçim ediləcək və bundan sonra Azərbaycanın qazı Avropaya nəql olunacaq: “Qaz boru kəməri seçiləndən sonra Azərbaycan Avropanın enerji təhlükəsizliyində daha da mühüm rol oynayacaq. Amma biz enerji təhlükəsizliyindən danışırıqsa, o zaman enerji platformalarının, kəmərlərin terror və hərbi hücumlardan qorunması üçün səylər göstərməliyik. Amma enerji təhlükəsizliyinə yalnız terrorçulardan qorunmaq nöqteyi-nəzərdən yanaşmaq düzgün olmazdı. Həmçinin enerji infrastrukturunu zəlzələlərdən, kiberhücümlardan, kompüter viruslarından da qorunmaq lazımdır. Çünki bunların hər biri enerji təhlükəsizliyinə zərər yetirə bilər”.
banner

Oxşar Xəbərlər