• cümə axşamı, 18 aprel, 23:19
  • Baku Bakı 21°C

Azərbaycan Avropadan dəmiryolu lokomotivləri alacaq

01.08.13 12:53 1581
Azərbaycan Avropadan dəmiryolu lokomotivləri alacaq
Bunu «APA-Economics»ə açıqlamasında «Azərbaycan Dəmir Yolları»nın mətbuat xidmətinin başçısı rəisi Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, bununla bağlı müraciətlər olub və hazırda Avropanın bir sıra ölkələri, o cümlədən İspaniya, Çexiya ilə danışıqlar aparılır: «Azərbaycan dəmir yolları nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı çərçivəsində yükdaşımalar üçün 50 lokomotivin, sərnişindaşımalar üçün isə 10 lokomotivin alınmasını nəzərdə tutmuşuq».
Qeyd edək ki, dəmir yollarının elektrik təchizat sisteminin yenilənməsi ilə QSC-nin elektrik sisteminin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi planlaşdırılır.
banner

Oxşar Xəbərlər