• cümə, 19 Aprel, 20:46
  • Baku Bakı 24°C

Azərbaycan ABŞ ilə əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı sektorunda əhəmiyyətli nəticələr əldə edib

13.09.20 12:11 666
Azərbaycan ABŞ ilə əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı sektorunda əhəmiyyətli nəticələr əldə edib
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bu il üçün Azərbaycanın özəl sektorundakı fəaliyyətinin əsas məqsədi kənd təsərrüfatı və turizmə xüsusi diqqət yetirməklə özəl sektorun rəqabət qabiliyyətini artırmaqdır.
Bu barədə Trend-ə USAID-in Azərbaycandakı nümayəndəliyindən bildiriblər.
Agentliyin həmsöhbətinin sözlərinə görə, son altı ildə USAID-in iki layihə çərçivəsində seçilmiş Azərbaycan kənd təsərrüfatı müəssisələri ilə əməkdaşlığı nəticəsində bu məhsullar üzrə 80 milyon dollardan çox ixrac həyata keçirilib ki, bunun da 25 milyon dollarlıq məhsulu Avropa və Orta Şərq bazarlarının payına düşür:
"USAID tərəfindən təklif olunan təkmilləşmiş aqrotexniki təcrübə sayəsində məhsulldarlıq qoz-fındıq üzrə demək olar ki 100, giləmeyvə və meyvələr üzrə 40, tərəvəz üzrə isə 35 faiz artıb".
ABŞ-ın Azərbaycandakı səfirliyi və USAID missiyasının ABŞ Ticarət və Sənaye Palatası (USACC) ilə birlikdə 2019-cu ilin aprelində İllinoys-Azərbaycan, həmin ilin noyabr ayında isə Oklahoma-Azərbaycan kənd təsərrüfatı forumlarının təşkil edildiyi qeyd olunub:
www.visa.com.az
Learn more
"Bu forumlar çərçivəsində Azərbaycanın kənd təsərrüfatı sektorunun nümayəndələrindən ibarət iki heyət kənd təsərrüfatı müəssisələri və ABŞ tədqiqat institutları ilə birlikdə biznesin genişləndirilməsi imkanlarını müzakirə ediblər".
Qeyd edək ki, 1991-ci ildən indiyədək USAID səhiyyə və iqtisadi islahatları dəstəkləmək üçün Azərbaycana 377 milyon dollardan çox humanitar yardım ayırıb.
banner

Oxşar Xəbərlər