• cümə, 29 Mart, 00:05
  • Baku Bakı 7°C

"Azəravtoyol": Yollar buz bağlasa...

08.12.16 13:17 1000
"Azəravtoyol": Yollar buz bağlasa...
Hazırda Bakı şəhərinin "Azəravtoyol" ASC-nin balansında olan heç bir küçə və prospektində buzlaşma müşahidə olunmur. Bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, yollarda buzlaşmanın axşam saatlarından başlayaraq yaranması gözlənilir:
"Yollarda yaranacaq problemlərin qarşısının alınması üçün texnika, maşın-mexanizmlər hazır vəziyyətdədir. Hazırda 20 Yanvar dairəsində, dairəyə gələn yollarda, Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur. Tıxacın yaranmasına səbəb sürücülərin belə hava şəraitinə hazırlıqsız olması, sovet istehsalı maşınları ilə yola çıxmalarıdər. Həm də hələ də bəzi avtonəqliyyat vasitələri yay şinləri ilə idarə edilir. Nəticədə avtomobillər sürüşür, hərəkətində çətinliklər yaranır və bu da tıxaca səbəb olur. Qış şinləri ilə idarə olunan avtomobillərin hərəkətində hər hansı problem yoxdur. Yollar buzlaşdıqda, qarla örtüldükdə texnikalarımız yollara duz-qum qarışığı səpməyə, yolların qardan təmizləyə başlayacaqlar".
banner

Oxşar Xəbərlər