• şənbə, 20 Aprel, 19:17
  • Baku Bakı 24°C

Azər Həsrət: "Prezident Paşinyana "master-klass" keçdi"

17.02.20 14:30 1192
Azər Həsrət: "Prezident Paşinyana "master-klass" keçdi"
"Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrindəki davranışı həqiqətən də tarix kitablarına düşəcək bir davranış idi. Mən özüm şəxsən cənab Prezident İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın bütün çıxışlarını diqqətlə izlədim. Sadəcə bir natiqlik ustalığından tutmuş tarixi faktlara, dəlillərə, sübutlara, istinada qədər cənab Prezident həqiqətən də Paşinyana bir "master-klass" keçdi, ona tarix, siyasət, beynəlxalq hüquq dərsi verdi". BunuSİA-ya siyasi şərhçi Azər Həsrət deyib.
"Əlbəttə ki, azərbaycanlı olaraq mən buna çox sevindim və qürur duydum ki, mənim ölkəmi təmsil edən şəxs məhz bu qədər yüksək səviyyədədir. Əminəm ki, ermənilər və bütün Ermənistan bu görüntülərdən sonra əzik durumdadır. Yəni onların özləri də fərqindədirlər ki, qarşılarında çox yüksək səviyyədə bir dövlət, dövlət başçısı var. Düşünürəm ki, bundan sonra ermənilər özlərinə dərs çıxarmalıdırlar və nəhayər ki, Azərbaycanla dinc yolla anlaşmaya gəlməlidirlər. Anlaşmanın da nəticəsi Ermənistanın öz silahlı qüvvələrini Azərbaycanın torpaqlarından çıxarmasıdır, Azərbaycanlı qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır. Təbiidir ki, bizim erməni vətəndaşlarımızla Azərbaycan dövləti özü anlaşmalıdır. Cənab Prezident orada da qeyd etdi ki, əgər Ermənistan işin içində olmasa, əlbəttə ki, Azərbaycan dövləti öz erməni vətəndaşları ilə dil tapacaq. Sadəcə olaraq işğalçı var. Ümumiyyətlə düşünürəm ki, bu cür görüntülər, davranışlar Azərbaycan dövlətinin qüdrətinin növbəti dəfə sübutu oldu. Ölkə başçısı ən yüksək ustalıq nümayiş etdirdi və hətta auditoriyada oturanlar da bunu öz mimikalarında, özlərinin münasibətində göstərdi, Paşinyanın sözü ağzında qaldı və onlar durub zalı tərk etməyə başladılar. Yəni fakt odur ki, bu debatdan birmənalı şəkildə yüksək fərqlə cənab Prezident qalib çıxdı”, - deyə, A.Həsrət fikrini tamamlayıb.
banner

Oxşar Xəbərlər