• cümə axşamı, 18 aprel, 14:01
  • Baku Bakı 22°C

“AZE Nakhchivan SK” futbol klubu almanlara təqdim edilib

25.09.17 15:45 1256
“AZE Nakhchivan SK” futbol klubu almanlara təqdim edilib
Dünya Azərbaycanlıları Assambleyasının təşəbbüsü ilə yaradılan "AZE Nakhchivan SK” futbol klubunun mərkəzi ofisində klubun tanıtım tədbiri keçirilib. Tədbirdə yerli futbol həvəskarları, futbol mütəxəssisləri, Türkiyə təşkilatlarının təmsilçiləri iştirak ediblər. DAA-dan "Kaspi”yə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan klubun rəhbəri Aydın Karaca Naxçıvan Muxtar Respublikası haqqında qonaqlara məlumat verib. Bu bölgənin zəngin tarixindən, önəmli coğrafi mövqeyindən, naxçıvanlıların qonaqpərvərliyi, dostluğa münasibətindən, son dönəmlər Naxçıvanda həyata keçirilən islahatlardan, blokadada olmasına baxmayaraq yerli imkanlar hesabına əldə edilən uğurlardan söz açıb , bu bölgənin İranla Türkiyə arasında yerləşən strateji əhəmiyyətli bir muxtar vilayət olduğunu qeyd edib.
Daha sonra klubun gələcək planları, komandanın qurulması ilə bağlı strategiyasından danışan klubun sportif müdiri Zafer Özcan, klubumuzun demokratik prinsiplər əsasında idarə olduğunu qeyd edib, klubun yararlı təkliflər üçün hər zaman xoş niyyətli olduqlarını iştirakçıların diqqətinə çatdırıb. Daha sonra təqdimatın sorğu-sual bölümünə keçilmiş iştirakçılar həm Naxçıvanla, eyni zamanda klubla bağlı suallarını təşkilatçılara ünvanlayıblar.
Sonda DAA prezidenti Rəşad Quliyev komandanın adının "Naxçıvan” adlanmasının səbəbləri ilə bağlı mövzuya toxunub. Belə ki, bu bölgənin tarixən təcavüzə, iqtisadi, ticari, siyasi blokadaya məruz qaldığını anladıb, bölgənin zənginlikləri ilə bağlı geniş ictimaiyyətə məlumat verməyin vasitələrindən birinin də məhz idman olduğunu qeyd edib. Gələcəkdə "AZE Nahchivan” klubunu professional səviyyəyə gətirərək Naxçıvanın adının dillər əzbərinə çevirəcəklərindən əminliyini bildirib. "Təbii ki, gələcəkdə dəstəyimiz olarsa klub Avropada səs gətirəcək bir komandaya çeviriləcək”. DAA prezidenti gələnlərə təşəkkür edərək, təşkilati işlərdə öz dəstəklərini göstərənlərə minnətdarlığını bildirib.
Sonda Naxçıvanla bağlı videorolik göstərilib və qonaqlara axşam yeməyi verilib.
banner

Oxşar Xəbərlər