• şənbə, 20 Aprel, 10:52
  • Baku Bakı 14°C

Azarkeşlərinin təzyiqinə dözmədi, əvəzlənməsini istədi

27.09.17 13:40 1143
Azarkeşlərinin təzyiqinə dözmədi, əvəzlənməsini istədi
Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda keçirilən "Beşiktaş” - "Leyptsiq” qarşılaşmasında maraqlı hadisə yaşanıb.
Kaspi.az xəbər verir ki, "Leyptsiq”in hücumçusu Timo Verner "Beşiktaş” azarkeşlərinin təzyiqinə dözməyib. "qartal”ın fanatları oyunun ilk dəqiqəsindən son dəqiqəsinə qədər stadionda möhtəşəm atmosfer yaradıblar.
Verner bu təzyiqi dəf etmək üçün qulağını tıxasa da, bu, effektsiz olub. Hücumçu ilk hissənin ortasında baş məşqçidən onu əvəzləməsini istəyib.
Verner 32-ci dəqiqədə meydanda yerini Lukas Klostermanna verib.
banner

Oxşar Xəbərlər