• şənbə, 20 Aprel, 05:35
  • Baku Bakı 15°C

Azarkeşlər rahat olsunlar - Mən qalıram

22.05.17 15:15 1048
Azarkeşlər rahat olsunlar - Mən qalıram
"Real”ın futbolçusu İsko komandanın azarkeşlərinə müraciət edib.
Kaspi.az xəbər verir ki, İsko komandada qalıb-qalamayacağı məsələsinə qəti aydınlıq gətirib. O, azarkeşləri rahat olmağa səsləyib və komandada qalacağını bildirib:
"Qoy "Real” azarkeşləri rahat olsunlar, mən komandada qalıram. Öz işimi görürəm və bunu, komandanın maraqlarını nəzərə alaraq, ən yaxşı şəkildə həyata keçirməyə çalışıram.
Özümü bu klubda və yüksək səviyyəli futbolçuların əhatəsində əla hiss edirəm. Mənə asan olmadı, xüsusən də mövsümün əvvəlində. Amma hesab edirəm ki, psixoloji cəhətdən çox güclü oldum. Bundan əlavə, mənə komanda yoldaşlarım və ailəm də dəstək oldu”.
banner

Oxşar Xəbərlər