• şənbə, 20 Aprel, 15:58
  • Baku Bakı 23°C

Azarkeş məşhur klubu satışa çıxardı

23.12.19 12:18 510
Azarkeş məşhur klubu satışa çıxardı
İngiltərənin "Stok Siti” klubunun zəif çıxış etməsi, azarkeşi qeyri-adi addım atmağa vadar edib.
Kaspi.az xəbər verir ki, azarkeşlərdən biri "Stok Siti”ni internet-auksiona çıxarıb. O, satışa çıxardığı klubu belə xarakterizə edib:
"Elementlər yararsızdır, demək olar ki, işləmir. Qarşıya qoyulan tələbləri yerinə yetirmək üçün uyğun deyillər.
Bir çoxları orta səviyyədən də aşağıdır. Əməksevərlikləri olduqca pisdir. Hətta it gəzdirmək üçün də yararsızdırlar, çünki liderlik xüsusiyyətləri yoxdur”.
Azarkeşin təklifinə 112 nəfər maraq göstərib və klubu almaq istədiklərini bildiriblər.
banner

Oxşar Xəbərlər