• cümə, 29 Mart, 01:27
  • Baku Bakı 7°C

Azar kimi tənbəl futbolçu görməyib

18.11.19 16:00 2470
Azar kimi tənbəl futbolçu görməyib
"Trabzonspor”un futbolçusu Con Obi Mikel "Real”ın oyunçusu Eden Azar barədə danışıb.
Kaspi.az xəbər verir ki, Mikel "Çelsi”də Azarla birgə oynayıb. O, sabiq komanda yoldaşının olduqca tənbəl olduğunu vurğulayıb:
"İndiyə qədər rastlaşdığım ən tənbəl futbolçu kimdir? Azar. Eden inanılmaz talanta sahibdir. Ola bilsin ki, o, Messidən az istedada sahibdir, ancaq topla istədiyini etməyi bacarır.
Ancaq Azar məşqlərdə çalışmağı sevmir. Biz işləyərkən, o, sadəcə dayanıb məşqin bitməsini gözləyirdi. Ancaq bazar günü meydanda hamıdan yaxşı olurdu. İnanılmazdı”.
banner

Oxşar Xəbərlər