AZE | RUS | ENG |

“İlin gənc kinematoqrafı” mükafatı öz sahibini tapdı

“İlin gənc kinematoqrafı” mükafatı öz sahibini tapdı
“Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin elan etdiyi “İlin gənc kinematoqrafı” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib


APA-nın məlumatına görə, mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin “İlin gənc kinematoqrafı” Milli Mükafatının əhəmiyyətindən danışıb.

“Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin rəhbəri Fehruz Şamıyev sözügedən mükafatın təsis olunmasının vacibliyindən danışaraq bildirib ki, məqsəd peşəkar və həvəskar gənc rejissorların filmlərini üzə çıxarmaq, gənc rejissorların peşəkar kino xadimləri ilə ünsiyyətinə nail olmaq, onları gələcək işlərə həvəsləndirməkdir.

Milli Mükafatın qalibləri 2012-2013-cü illərdə istehsal olunmuş qısametrajlı bədii, sənədli və animasiya filmlərinin müsabiqəsinin nəticəsinə əsasən müəyyən olunub. “İlin gənc kinematoqrafı” Milli Mükafatı 9 nominasiyanı özündə birləşdirir.

Müsabiqəyə gənclər tərəfindən 26 bədii, 10 sənədli, 4 animasiya filmi göndərilib. Seçim komitəsi peşəkar kino xadimlərdən təşkil olunan müsabiqənin münsiflər heyətinin diqqətinə 15 film təqdim edib. Kinorejissor Elxan Cəfərov, yazıçı Şərif Ağayar, kinoşünas Aygün Aslanlıdan ibarət olan münsiflər heyəti qalibləri məhz 15 filmin arasından seçib.

“Ən yaxşı gənc rejissor” - Emin Əfəndiyev (“Yuva” filmi), “Ən yaxşı gənc ssenarist” - Möhsün Quliyev (“Piyada” filmi), “Ən yaxşı gənc operator” - Rauf Qurbanəliyev (“Paradoks” filmi), “Ən yaxşı gənc prodüser” - Elnur Əliyev (“Alınmaz qalanın qəhrəmanları”), “Ən yaxşı film musiqi müəllifi”- Firudin Allahverdiyev (“Yuva” filmi), “Ən yaxşı animasiya filmi” - “13” (rejissor İlkin Yusif), “Ən yaxşı sənədli film” - “Neft adamı” (rejissor Seyran Mahmudoğlu), “Ən yaxşı bədii film” - “Mayak” (rejissor Fariz Əhmədov) seçilib. “İlin ən yaxşı gənc səs rejissoru” nominasiyası üzrə qalib müəyyənləşməyib. “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin “Xüsusi mükafatı” “Səssiz opera” filminə görə Rza Əsgərova təqdim edilib.

Qeyd edək ki, “İlin gənc kinematoqrafı” Milli Mükafatı Bakı Film İnstitutu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112