AZE | RUS | ENG |

Bakı-Novorossiysk neft kəməri bağlanır?

Bakı-Novorossiysk neft kəməri bağlanır?
Rusiyanın «Transneft» şirkəti Bakı-Novorossiysk neft kəmərinin Bakı-Mahaçqala hissəsinin müvəqqəti dondurulması (konservasiyası) istiqamətində işlər aparır


«APA-Economics»in «İTAR-TASS»a istinadən verdiyi məlumata görə, buna səbəb Rusiya ilə Azərbaycan arasında neftin nəqlinə dair kommersiya razılaşmasının bağlanmasıdır.

«Transneft»in nümayəndəsi İqor Deminin sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndələri ötən ilin may ayında ləğv edilmiş hökumətlərarası sazişdən sonra, hələ də Azərbaycan neftinin Rusiya ərazisindən nəqli ilə bağlı yeni kommersiya müqaviləsinin hazırlanması ilə bağlı rəsmi danışıqlar başlamayıb.

İ.Demin deyib ki, fevralın əvvəlində «Transneft» şirkətinin Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqlinə dair bütün səlahiyyətləri bitir. Müqavilə uzadılmasa, şirkət boru kəmərinin Mahaçqaladan Novorossiyskə qədər olan hissəsinə Dağıstan paytaxtının limanına gətirilən nefti vuracaq.

Xatırladaq ki, ARDNŞ ötən ilin mayın 15-də bununla bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, Azərbaycan və Rusiya arasında Azərbaycan neftinin Rusiya ərazisindən nəql olunmasına dair 18 yanvar 1996-cı il tarixində qüvvəyə minmiş sazişdə qeyd olunur ki, tərəflərdən hər hansı biri sənədin hüquqi hökmünün dayandırılması haqqında təşəbbüs göstərməzsə, sənəd avtomatik olaraq daha bir il müddətinə uzadılır. «Bu müddəaya əsasən, təqvim ili başa çatmazdan altı ay qabaq Sazişin qüvvədə qalma müddətinin dayandırılması haqda xəbərdarlıq edildiyi təqdirdə, həmin müddət növbəti ilin 1 yanvar tarixindən etibarən dayandırılır. Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqlinə dair dövlətlərarası sazişin qüvvəsinin dayandırılması bu kəmərlə Azərbaycan neftinin nəql olunmasının ümumiyyətlə dayandırılması demək deyil. ARDNŞ bu kəmərin Rusiya ərazisində idarəçiliyini həyata keçirən «Transneft» şirkəti ilə kommersiya danışıqlarının davam etdirilməsinə tərəfdardır», - deyə məlumatda bildirilib.

ARDNŞ prezidenti Rövnəq Abdullayev isə bildirib ki, Azərbaycan neftinin Rusiya ərazisi ilə indiki şərtlərlə tranzit nəqli 2013-cü ilin sonunadək davam edəcək. Paralel olaraq ilin sonunadək neftin Rusiya ərazisi ilə nəqlinin kommersiya şərtləri ilə həyata keçirilməsi ilə bağlı danışıqlar aparılacaq. Tərəflər arasında bununla bağlı razılıq əldə olunarsa, artıq 2014-cü ildən etibarən Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli kommersiya şərtləri əsasında davam etdiriləcək.

Qeyd edək ki, iki ölkə arasında bağlanmış sazişə görə, Bakı-Novorossiysk kəməri ilə ildə 5 mln. ton Azərbaycan nefti Rusiyaya nəql olunmalı idi. Lakin faktiki olaraq nəqlin həcmi 2 mln. tondan çox olmayıb. Ötən il isə Azərbaycan neftinin Rusiya ərazisi ilə tranziti 1,7 mln. ton təşkil edib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112