• cümə axşamı, 28 mart, 22:49
  • Baku Bakı 13°C

Az ödəyərək çox kitab oxumağın yolu - Reportaj

14.04.17 11:30 5150
Az ödəyərək çox kitab oxumağın yolu - Reportaj

"Cəmi 25 manat abunə haqqı ödəyib 6 ay istədiyin sayda kitab götürüb oxuyursan. Özü də yalnız kitabxanada deyil, evdə də oxumaq imkanın var. Yatsaydım, yuxuma da girməzdi ki, nə vaxtsa belə bir şansım olar”. Bu sözləri bizimlə söhbətində "BOOKZONE” kitab evinin oxucusu Kəmalə bildirdi. Kəmalə deyir ki, qardaşı ilə birlikdə bu kitab evinin üzvüdür. Elə olur ki, 3 günə bir kitabı oxuyub qurtarır və yenisini götürür: "Aya 6-7 kitabı oxuyub qurtarıram. Kitabların da hərəsinin qiymətinin təxminən 10-15 manat olduğunu nəzərə alsaq, bu, aya 60-100 manat edir. Bir tələbənin ayda kitaba 60-100 manat pul verməsi mümkünsüzdür. Buna görə də "BOOKZONE”un yaratdığı bu şansdan yararlanmağa çalışıram”.

İdeyanı gerçəkləşdirməyəndə, boş xəyal olur…

"BOOKZONE” kitab evinin sorağını eşidib biz də yolumuzu buradan saldıq. 28 May küçəsində 23 saylı orta məktəbin yaxınlığında yerləşən kitab evinə daxil olanda qeyri-adi abı-hava, kitablardan gələn doğmalıq mehi içimizi isitdi. Kimisi stol arxasında, kimisi rahat kresloda oturaraq çay içə-içə kitab oxuyur, başqa birisi isə evində oxumaq üçün kitab seçirdi…
Bu mənzərənin fonunda biz də "BOOKZONE” kitab evinin rəhbəri Seymur Tağıyevlə həmsöhbət olduq. Qeyd edək ki, Seymur şirkətlərdən birində mühəndis işləyir.


Mehranə də iki aydır "BOOKZONE”un oxucusudur. Onun fikrincə, kitab oxumaqla xoşbəxtliyin yolunu açmaq mümkündür: "Xoşbəxtlik daxili dincliyin təmin edilməsidir. İstədiyiniz hər şeyə sahib olsanız belə, iç dünyanızda doldurulmayacaq boşluqlar varsa, bütün dünya önünüzə sərilsə belə, yenə xoşbəxt ola bilməzsiniz. Xoşbəxtliyin tərifi olan daxili dincliyin yolunu tapmağın yollarından biri də oxumaqdır. Oxumaq inkişafa açılan qapıdır. Bu qapını kitabsevərlərin üzünə açan "BOOKZONE” kitab evini yaradanlara, burada işləyənlərə təşəkkür edirəm. 40 manatın müqabilində bir il ərzində istədiyin sayda kitab oxumağın zövqü başqadır”.

Lalə MUSAQIZI
Günel AZADƏ

banner

Oxşar Xəbərlər