• şənbə, 20 Aprel, 03:39
  • Baku Bakı 15°C

AYİB Azərbaycana bərpa olunan enerji mənbələrinin real qiymətlərini müəyyənləşdirməyə kömək edir

26.08.20 20:35 711
AYİB Azərbaycana bərpa olunan enerji mənbələrinin real qiymətlərini müəyyənləşdirməyə kömək edir
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycana bərpa olunan enerji mənbələrinin konkret növlərinin real bazar qiymətlərini müəyyənləşdirməyə kömək edir.
Bu barədə Trend-ə Bankdan bildiriblər.
Qeyd olunub ki, AYİB Azərbaycanda bərpa olunan enerji mənbələrinin böyük potensialını görür və bu sahədə real dəstək göstərməyə çalışır:
"Ölkədə enerji bazarının islahatları və işgüzar mühitin təkmilləşdirilməsi üzrə daimi səylər göstərilir, bərpa olunan enerji mənbələri sahəsinin inkişafı üçün yeni qanunvericilik bazası yaradılır”.
Öz regionunda bərpa olunan enerji mənbələri üzrə layihələri dəstəkləyən aparıcı təşkilat olmaqla AYİB bu sahədə hərraclar vasitəsilə alqı-satqı əməliyyatlarının işə salınması üzrə səyləri dəstəkləyir:
"Bizim işimiz Energetika Nazirliyinə müəyyən bərpa olunan enerji mənbələrinin real bazar qiymətlərinin müəyyənləşdirilməsində kömək göstərməkdir. Biz hökumətin günəş və külək enerjisi üzrə pilot layihənin hazırlanması üzrə elan olunmuş planlarını diqqətə almışıq. Bu layihələr bu sektorun inkişafını təmin edəcək”.
banner

Oxşar Xəbərlər