• cümə axşamı, 18 aprel, 22:58
  • Baku Bakı 21°C

Aygünlə Brilliantdan “xalq artisti” adları alına bilər

21.06.13 15:31 2735
Aygünlə Brilliantdan “xalq artisti” adları alına bilər
Xeyli vaxtdır xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova arasında qalmaqal yaşanır. Xanım sənətçilərin “Xalq artisti” adına yaraşmayan davranışları, sosial şəbəkələrdə xoşagəlməz şəkillər paylaşmaları, bir-birlərini təhqir etmələri cəmiyyətdə belə bir rəy yaradıb ki, bu hadisələrdən sonra onların fəxri adları geri alınmalıdır. Amma hələki belə təkliflə rəsmi qurumlara müraciət olunmayıb.
“Bundan sonra fəxri adlar veriləndə yalnız istedad nəzərə alınmayacaq”. Lent.az-ın məlumatına görə, bunu modern.az saytına açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. O bildirib ki, fəxri adlar veriləndə yalnız istedad yox, həm də insanlıq, tərbiyə də nəzərə alınmalıdır.
“Xalq artisti xalq üçün sənət nümunəsidir və dövlət tərəfindən rəsmi olaraq dəyərləndirilib, qiymətləndirilən bir insandır. Əgər o, adi vətəndaşlıq, ictimai, birgə yaşayış normalarına riayət etmirsə, qarşılıqlı təhqirlərə yol verirsə, onlar düşünməsinlər ki, “Xalq artisti” adı onları xilas edəcək. Bu elə bir addır ki, ondan istifadə edib hər cür hərəkət eləməməlidirlər”.
Millət vəkili fəxri adların alınması ilə bağlı məsələnin qaldırıla biləcəyini qeyd etdi. Onun sözlərinə görə, bu məsələ ilə bağlı müraciət olunarsa, həmin müraciətlərə laqeyd yanaşılmayacaq.
banner

Oxşar Xəbərlər