• cümə, 29 Mart, 12:45
  • Baku Bakı 14°C

Aygün Kazımovadan “Əsgər marşı“

13.04.16 16:56 3046
Aygün Kazımovadan “Əsgər marşı“
Xalq artisti Aygün Kazımova növbəti vətənpərvər ruhda olan layihəsini təqdim edib. Lent.az-a açıqlama verən xalq artisti bildirib ki, "Əsgər marşı" ifa edib. Marşın sözləri Cəlal Qurbanova, musiqisi və aranjimanı isə Yaşar Baxışa məxsusdur: "Vətənpərvər ruhda olan mahnılarımın əksəriyyətinin müəllifi dostum Cəlal Qurbanovdur. Yaşar Baxış ilə məni uzun illərin yaradıcı yolları bağlayır. Marşı vətənpərvər mahnıların peşəkar ifaçısı Şəmistan Əlizamanlıya da təqdim etmişik. O da ifa edib. Onun ifasında da "Əsgər marşı" çox uğurlu alınıb. Bütün əyləncə ruhlu layihələrimi dayandırmışam. Fikrim əsgərlərimizin yanındadır. Ona görə vətənpərvər ruhlu layihələrə başlamışıq”.
A.Kazımova ağır xəstəliyə düşməsi xəbərinə də münasibət bildirib: “Haqqımda ölüm xəbəri, şər-böhtan, təxribat xarakterli xəbərləri yayan, yazan, danışan və bununla qalmaqal yaradıb gündəmə gəlmək istəyən insanlara demək istəyirəm ki, hal-hazırda çox məşğulam. Sizə cavab verəcək zamanım heç yoxdur. Bir az xətdə qalın...".
Xalq artisti yaxın günlərdə "Əsgər marşı"nın klip çəkilişlərinə başlayacağını əlavə edib.
banner

Oxşar Xəbərlər