• cümə, 29 Mart, 14:01
  • Baku Bakı 14°C

Aygün Kazımova: “Təsadüf“

13.06.13 14:17 2118
Aygün Kazımova: “Təsadüf“
Milli.Az xəbər verir ki, dj Kazımın təqdimatında 106.3 FM radiosunda yayımlanan “Muleyli” şousunda Azərbaycanın xalq artisti Aygün Kazımovanın yeni mahnısı dinləyicilərə təqdim olunub.
Sözləri Leyliyə, musiqisi Hakan Erola məxsus olan “Təsadüf” adlı mahnı bir neçə ay bundan əvvəl hazır olsa da, xalq artisti real hitə namizəd olan ritmik musiqini bu gün üzə çıxarıb.
Təsadüflərdən daha çox düşünülmüş yenilikləri ilə yadda qalan Aygün xanımı sevənlər mahnı ilə bağlı xoş fikirlərini Facebook sosial şəbəkəsində yazdıqları statuslarda bir-biriləri ilə bölüşürlər.
banner

Oxşar Xəbərlər