AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Aygün Kazımova 3 mühüm görüş keçirib

Aygün Kazımova 3 mühüm görüş keçirib

Mədəniyyət
20 Noyabr 2012, 17:28 1815
Ötən həftə İstanbula yola düşən Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımova qardaş ölkədə çox məhsuldar görüşlər keçirib. Bu barədə müğəninin prodüseri Tolik (Tarix Əliyev) məlumat verib:

"Aygün xanım müqavilə əsasında çalışdığı "Dokuz-sekiz" musiqi şirkətinin dəvəti ilə ötən gün birdən-birə üç görüş keçirib. Bunlar Aygün Kazımovanın tanınmış dünya ulduzlarından biri ilə oxuyacağı duetin detalları ilə bağlıdır. Adı müvəqqəti olaraq açıqlanmayan həmin ulduzun baş meneceri "Dokuz-Sekiz"in dəvəti ilə İstanbula gəlib. Aygün xanım danışıqlarda tərəf kimi iştirak edib. Digər vacib görüş isə İstanbulda ardıcıl konsertlər vermiş dünya ulduzu Cey Lonun xoreoqrafı ilə olub. Aygün xanım vəd verdiyi layihəsi üçün məhz ondan dərs alacaq. Onun üçüncü görüşdüyü şəxs Türkiyənin tanınmış rejissoru Nihat Odabaşıdır. Aygün xanımın ifa etdiyi mahnılardan birini məhz o, ekranlaşdıracaq".