• şənbə, 20 Aprel, 03:05
  • Baku Bakı 15°C

Aygün dünya ulduzları ilə eyni müsabiqədə

23.09.13 14:37 1579
Aygün dünya ulduzları ilə eyni müsabiqədə
Türkiyənin “Sənətçilər” adlı məşhur “Facebook” səhifəsində keçirilən müsabiqədə xalq artisti Aygün Kazımovanın da adı yer alıb.
Axşam.az-ın məlumatına görə, səhifənin sevimli müğənnisi olan A.Kazımova orada Azərbaycanın Türkiyədə ən çox tanınmış siması kimi qeyd edilib.
“Ən cazibədar sənətçi” adlanan müsabiqədə Hadisə, Dəmət Akalın, Castin Biber, Selena Qomez kimi məşhurların da adları yer alıb. Səsvermə bir həftə davam edəcək.
Yeri gəlmişkən bundan əvvəl səhifədə “Hansı məşhuru üz qabığında görmək istərdiniz?” sorğusu keçirilmiş və Aygün Kazımova birinci olmuşdu.
Səhifədə adı hallanan yeganə azərbaycanlı sənətçi məhz Aygün Kazımovadır.
banner

Oxşar Xəbərlər