• cümə, 29 Mart, 08:55
  • Baku Bakı 5°C

Aygün Attar: Bu, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək cəhdidir

18.05.17 20:32 998
Aygün Attar: Bu, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək cəhdidir
Rusiyada yaşayan azərbaycanlılar bu ölkənin həyatında mühüm rol oynayırlar. Ayrı-ayrı toplumlara, eləcə də azərbaycanlılara qarşı münasibətdə qərəzə yol verənlər Rusiyanın nüfuzuna zərbə vururlar.
Bu fikirləri türkiyəli professor Aygün Attar Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsinə dair qərarla bağlıAZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib.
Aygün Attar bildirib ki, tarixin bütün dövrlərində erməni lobbisi və erməni diasporunun təsir dairəsində olan qüvvələr Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışıblar. ÜAK-ın qeydiyyatının ləğv edilməsi Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafına zərbə vurmaq məqsədilə ortaya atılıb. "Əminəm ki, Azərbaycanın Rusiya üçün əhəmiyyətini, eləcə də bu ölkədə yaşayan soydaşlarımızın ölkənin ictimai-siyasi həyatındakı rolunu düzgün dəyərləndirən qüvvələr daha mütərəqqi mövqe nümayiş etdirəcəklər. Heç kim unutmamalıdır ki, Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılan təşkilatdır və onun qeydiyyatının ləğvi iki ölkə arasında münasibətlərin ruhuna ziddir”, - deyə türkiyəli professor qeyd edib.
banner

Oxşar Xəbərlər