• cümə, 19 Aprel, 13:33
  • Baku Bakı 25°C

Aydın Süleymanlı: Məqsədim ən güclülər arasında birinci olmaqdır

03.04.20 09:00 874
Aydın Süleymanlı: Məqsədim ən güclülər arasında birinci olmaqdır
Dünyada koronavirus infeksiyası səbəbindən bütün yarışlar təxirə salınıb. Yarışların olmaması məni məyus etsə də, ruhdan düşmürəm. Tezliklə hər şeyin düzələcəyinə və həyatın yenidən əvvəlki axarına düşəcəyinə inanıram. Vaxtımın çoxluğundan istifadə edib günün çox hissəsini şahmata həsr edirəm və gələcək yarışlara hazırlaşıram.
Bu sözləriAZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycanın gənc və istedadlı şahmatçısı Aydın Süleymanlı deyib.
Bu il kişilər arasında keçirilmiş Azərbaycan kubokunun, daha sonra Moskvada "Aeroflot open” beynəlxalq şahmat festivalının A turnirinin qalibi olmuş şahmatçı 2020-ci ilin onun üçün çox uğurla gəldiyini bildirib. Qarşıda onu şahmatçı kişilər arasında Azərbaycan çempionatının gözlədiyini bildirən A.Süleymanlı bu yarışda da uğurla çıxış edəcəyinə ümidvar olduğunu deyib.
Özünəinamı, soyuqqanlılığı ilə digərlərindən fərqlənən şahmatçının fikrincə, idmançıda qələbə əzmi güclü olarsa, daha yüksək zirvələr fəth edəcək. "Mənim üçün əlçatmaz rəqib yoxdur. Qələbə əzmi və özümə güvənməyim məni hər zaman qələbəyə kökləyir. Rəqibim dünyanın ən güclüsü olsa belə gələcəkdə ona qalib gələcəyimə inanıram”, - deyə Aydın Süleymanlı vurğulayıb.
On dörd yaşlı şahmatçılar arasında dünya çempionu bu nəticəni böyüklər arasında dünya çempionatında təkrarlamağı hədəf seçdiyini bildirib: "Məqsədim təkcə yeniyetmələr arasında deyil, ən güclülər arasında da birinci olmaqdır. Ən böyük arzum budur ki, şahmat tacı Azərbaycana gətirilsin”.
banner

Oxşar Xəbərlər