• cümə axşamı, 25 aprel, 21:57
  • Baku Bakı 21°C

Aydın Əliyev: "Neftin ucuzlaşması və qlobal böhran xarici ticarətimizə təsir edib"

19.01.17 12:40 1017
Aydın Əliyev: "Neftin ucuzlaşması və qlobal böhran xarici ticarətimizə təsir edib"
"Qlobal iqtisadi böhran, neftin ucuzlaşması, o cümlədən manatın devalvasiyası ötən il Azərbaycanın ixracına təsir edib". "APA-Economics" xəbər verir ki, bunuDövlət Gömrük Komitəsi(DGK) sədriAydın Əliyevbu gün keçirilən mətbuat konfransında bildirib.
DGK sədri deyib ki, yuxarıda sadalanan amillərə baxmayaraq, ötən il Azərbaycan 180 ölkə ilə ticarət həyata keçirib: "Düzdür, xarici ticarətimizin dövriyyəsi kəskin enib. 2015-ci ildə ixracımız 12,729 mlrd. dollar olduğu halda, ötən ilin yekununda bu rəqəm 9,143 mlrd. dollar təşkil edib. Bununla yanaşı, 2016-cı ilin əvvəlinə 9,216 mlrd. dollarlıq idxal əməliyyatı aparılmışdırsa, bu ilin əvvəlinə bu göstərici 8,523 mlrd. manata enib. Bildiyiniz kimi, DGK-nin əsas vergitutma bazası idxal əməliyyatlarına aiddir".
Komitə sədri əlavə edib ki, yuxarıda sadalanan amillərə baxmayaraq, qurum proqnoz tapşırığını vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirib: "Ötən ilin proqnoz tapşırığı 1,81 mlrd. manat idi. Biz proqnozu 26%-dən yuxarı rəqəmlə yerinə yetirmişik".
banner

Oxşar Xəbərlər