• cümə, 29 Mart, 06:39
  • Baku Bakı 5°C

Aydın Əliyev: “Euro-4”-ün tətbiqi avtomobil idxalını azaldıb”

30.04.14 14:26 1321
Aydın Əliyev: “Euro-4”-ün tətbiqi avtomobil idxalını azaldıb”
“Euro-4” ekoloji standartına keçiddən sonra gömrük-keçid məntəqələrindən Azərbaycana getirilən avtomobillərin sayında azalma müşahidə olunur.
“APA-Economics”in məlumatına görə, bunu Xəzər Avropa Klubunun qonağı olan Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycanın xarici ticarət dövriyyəsində də 20% azalma baş verib: “O cümlədən avtomobillərin metal konstruksiyalarında və qara metal məhsullarının idxalında da azalma müşahidə olunmaqdadır”.
Bununla belə, bazarın tənzimləndiyini deyən komitə sədri “Euro-4” standartının tətbiqi ilə bağlı yaranan söhbətlərdən təəssüfləndiyini də dilə gətirib: “Bəziləri belə hesab edirlər ki, avtomobil yenidirsə, bu standarta da cavab verməlidir. Bu da düzgün yanaşma deyil. Biz gömrük-keçid məntəqələrində həm avtomobillərin kütləvi gətirilməsi, həm də fərdi qaydada idxal zamanı Standartlaşdırma, Metrologiya və Patent üzər Dövlət Komitəsi və Gömrük-Ekspertiza Xidməti ilə birlikdə yoxlama həyata keçiririk. Keçirilən baxış zamanı avtomobillərdə bu standartların mövcudluğunu araşdırırıq və tələblərə cavab verən avtomobillər ölkə ərazisinə buraxılır”.
banner

Oxşar Xəbərlər