AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Ayaks” Bakıda futbol akademiyası açacaq

“Ayaks” Bakıda futbol akademiyası açacaq

İdman
03 Dekabr 2012, 13:23 2508
AFFA-nın baş katibi Elxan Məmmədov Hollandiyanın "Ayaks" klubunun Futbol Akademiyasının rəhbərliyi ilə görüşüb. Apasport.az saytının məlumatına görə, görüş bu gün Amsterdam şəhərində baş tutub.

Akademiyanın nümayəndəsi Ed van Şeiklə görüşdə AFFA ilə "Ayaks"ın futbol məktəbi arasında qarşılıqlı əməkdaşlıqla bağlı ətraflı müzakirələr aparılıb.

Müzakirə olunan əsas məsələ 2013-cü ildə Bakı şəhərində "Ayaks" Futbol Akademiyasının açılması olub. Tərəflər layihənin gerçəkləşdirilməsi üçün yaxın 2 ay ərzində bütün şərtlərin müzakirə olunması və müvafiq qərar qəbul edilməsi ilə bağlı razılıq əldə ediblər.

Gələcəkdə yeniyetmə və gənc futbolçularımızın "Ayaks" Futbol Akademiyasında təhsil alması üçün Hollandiyaya göndərilməsi də müzakirə mövzusu olub.