AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Çavuşoğlu: “Yeni səfirlik açdığımız 39 ölkə ilə ticarət həcmi 27 faiz artıb”

Çavuşoğlu: “Yeni səfirlik açdığımız 39 ölkə ilə ticarət həcmi 27 faiz artıb”

Təfsilat
18 Yanvar 2021, 14:00 161
"Türkiyə Avropanın şərqində, Asiyanın isə ən qərbində yerləşən ölkədir. Bu nadir mövqeyimizi ən yaxşı şəkildə dəyərləndirməliyik. Türk millətinin ən qiymətli xüsusiyyəti təşəbbüskarlığıdır. Hansı ölkəyə getsək, orada mütləq bir neçə türk təşəbbüskara rast gəlirik. Biz də türkün bu özəlliyini xarici siyasətimizə yönəldirik”.
 
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Türkiyənin Asiya ölkələri ilə ticarətinin inkişafında yeni perspektivlər” mövzusunda çıxış edərkən deyib.
 
Nazir qeyd edib ki, Türkiyənin xarici ölkələrdəki səfirlərinə ən çox iqtisadiyyat və ticarət siyasətində səlahiyyətlər verilib: "Bu gün yeni təyinat alan səfirlərimizə müraciət edəcəyəm. Eyni şəkildə bu məsələni onlara bir daha xatırladacağam. Çünki Türkiyənin ixracatını artırmaq ən vacib məsələdir. Əlimizdə Mərkəzi Bankımızın maraqlı bir hesabatı var. 39 ölkədə yeni səfirlik açmışıq. Türkiyə Mərkəzi Bankının hesabatına görə, həmin ölkələrlə ticarət həcmi 27 faiz artıb”.