• cümə axşamı, 25 aprel, 08:34
  • Baku Bakı 14°C

Çavuşoğlu və Lavrov Soçidə atəşkəsə nəzarət üzrə Birgə Mərkəzin işini müzakirə edəcəklər

24.12.20 17:22 374
Çavuşoğlu və Lavrov Soçidə atəşkəsə nəzarət üzrə Birgə Mərkəzin işini müzakirə edəcəklər

Türkiyəninxarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyayaişgüzarsəfər edəcək.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bubarədəRusiya Xarici İşlər Nazirliyinin(XİN)rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi birifinqdə bildirib.
O, M. Çavuşoğlunun səfərinin Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti əsasında dekabrın 29-da baş tutacağını və nazirlərin görüşünün Soçi şəhərində keçiriləcəyini qeyd edib: "SergeyLavrov vəMövludÇavuşoğluRusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Soçidə keçiriləcəkiclasında görüşəcəklər. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı məsələləri müzakirə olunacaq. Bundanbaşqa,nazirlərin görüşündə Rusiya, Azərbaycan və Ermənistan lidelərinin Dağlıq Qarabağla bağlı birgə bəyanatının həyata keçirilməsi və eləcə də Dağlıq Qarabağda atəşkəsə nəzarətüzrəRusiya-Türkiyə Birgə Mərkəzinin işi diqqət mərkəzində olacaq”.
banner

Oxşar Xəbərlər