Avtomobilini oğurladılar
"San-Paulu”nun
müdafiəçisi Dani Alvesin avtomobil oğurlanıb.
Kaspi.az xəbər
verir ki, hadisə yanvarın 11-də San-Paulunun Pneyros rayonunda baş verib.
Futbolçu avtomobilini qorunan dayanacaqda saxlayıb.
Amma oğrular
mühafizəçini hədələyərək avtomobili qaçırmağa nail olublar. Alves məsələ ilə
bağlı polisə müraciət edib.
Alves
"San-Paulu”ya ötən ilin yayında azad agent kimi keçib. O, Avropada "Yuventus”,
"Barselona”, PSJ kimi klublarda çıxış edib.