AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Avtomobil motosikletlə toqquşub, ölən və xəsarət alan var

Avtomobil motosikletlə toqquşub, ölən və xəsarət alan var

Kriminal
16 May 2013, 14:23 1131
Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hacıqabul rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Muğan-Hacıqabul yolunun 3-cü kilometrliyində qeydə alınıb.

Hacıqabul rayon sakini, 1976-cı il təvəllüdlü Zaur Həsənovun idarə etdiyi “VAZ 21015” markalı, 24 BE 414 dövlət nömrə nişanlı avtomobillə Hacıqabul rayonunda məskunlaşan Cəbrayıl rayon sakini, 1971-ci il təvəllüdlü Məmmədov Niftalı Şəmsəddin oğlunun idarə etdiyi motosiklet toqquşub. Nəticədə N. Məmmədov kəllə-beyin və digər travmalarla Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun motosikletdə olan həyat yoldaşı Ülkər Həsənova isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırma aparılır.