• cümə axşamı, 25 aprel, 12:43
  • Baku Bakı 23°C

Avtomobil məktəblini vuraraq öldürdü

19.09.13 11:15 1441
Avtomobil məktəblini vuraraq öldürdü
Qəza Bakı-Quba yolunun 73-cü km-də, Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində qeydə alınıb.
APA-nın şimal bürosunun məlumatına görə, Ağdam rayonu, Çəmənli kənd sakini, 1994-cü il təvəllüdlü Şəhriyar Cəlaloğlu idarə etdiyi “VAZ 21 044” markalı, 99 BS 414 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən Xızı rayonu, Giləzi qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məmmədov Rəsul Fazil oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, R. Məmmədovun 11-ci sinif şagirdi olub, qəza o, müəllim yanından qayıdan zaman baş verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.
banner

Oxşar Xəbərlər