• cümə, 29 Mart, 01:04
  • Baku Bakı 7°C

Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb

09.01.20 09:07 342
Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb
Avstraliyada kütləvi meşə yanğınları nəticəsində 1 milyarddan çox heyvan ölüb.
Trend-in məlumatına görə, hesabat Sidney Universitetinin mətbuat xidməti tərəfindən nəşr edilib.
Hesabatda deyilir: "Professor Kris Dikman, Yeni Cənubi Uelsdəki meşə yanğınlarında ölən heyvanların sayına aid daha əvvəlki hesablamaları, mümkün itkilərin 480 milyondan 800 milyona qədər olduğunu düşünərək yenidən yoxladı".
Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Avstraliya şöbəsi, Kris Dikman tərəfindən edilən araşdırmaya əsasən, ölkə boyunca 8.4 milyon hektar meşə sahəsini məhv edən yanğınlarda ölən heyvanların sayını 1,25 milyard səviyyəsində qiymətləndirir.
banner

Oxşar Xəbərlər