• cümə, 19 Aprel, 08:12
  • Baku Bakı 13°C

Avstraliyada meşə yanğınları davam edir

07.01.20 09:30 476
Avstraliyada meşə yanğınları davam edir
Avstraliyada baş verən meşə yanğınları nəticəsində əmələ gələn qatı tüstü dumanı Cənubi Amerikanın sahillərinə çatıb.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, Çilinin mərkəz və cənub hissəsində səmanı qatı tüstü örtüyü bürüyüb. Tüstü qatının Argentinaya da keçdiyi bildirilir.
Yanğının söndürülməsinə gəmilər və təyyarələr cəlb edilib. Avstraliyanın cənub-şərq sahillərində genişmiqyaslı evakuasiya tədbirləri davam etdirilir.
Qeyd edək ki, Avstraliyada milyonlarla hektar meşə ərazisini bürüyən yanğın nəticəsində son aylarda 17 nəfər ölüb, minədək ev yarasız vəziyyətə düşüb.
banner

Oxşar Xəbərlər