• cümə axşamı, 28 mart, 19:10
  • Baku Bakı 13°C

Avstraliya Cənub-Şərqi Asiyada “xilafət” yaradılacağından narahatdır

26.03.17 18:46 847
Avstraliya Cənub-Şərqi Asiyada “xilafət” yaradılacağından narahatdır
Avstraliya İŞİD terrorçu qruplaşmasının yaxın gələcəkdə Cənub-Şərqi Asiyda "xilafət” yaratmaq cəhdindən çox narahatdır. Bu barədə "Sky News” teleşirkətinə müsahibəsində Avstraliyanın xarici işlər naziri Culi Bişop bildirib. C.Bişopun bu yaxınlarda Vaşinqtona səfərdən qayıtdığını və orada Yaxın Şərqdə İŞİD-lə mübarizə aparan beynəlxalq koalisiyanın nazirlərinin görüşündə iştirak etdiyi bildirilir.
Terrorçu qruplaşmanın İraqda məğlubiyyətə uğradığını və Suriyadakı mövqelərini itiriməkdə olduğunu qeyd edən nazir deyib: "Biz İŞİD-in dünyanın hər hansı yerində yaranmasını istəmirik və belə olacağı təqdirdə bu, bizi bir neçə il geriyə atmış olacaq”.
Bunun üçün Asiyanın mümkün ölkələrinin adını çəkmək barədə sualı cavablandıran C.Bişop deyib: "İraqda və Suriyadakı yaraqlıların əksəriyyəti bizim regiona aid olan İndoneziya, Malayziya və Filippin kimi ölkələrdəndir. İŞİD-in Filippinin cənubunda, "Əbu Səyyaf” qruplaşmasının fəaliyyət göstərdiyi ərazidə "xilafət” elan etmək təhlükəsi xüsusilə böyük həyəcan doğurur. Mən bu yaxınlarda Filippinə səfərim zamanı bu məsələni prezident Rodriqe Duterte ilə müzakirə etmişəm. Söhbət artıq bizim qapımızın astanasında dayanmış təhlükədən gedir və biz İndoneziyanın hüquq-mühafizə orqanları ilə bu sahədə əməkdaşlıq edirik. Malayziya və Filippin ilə də bununla bağlı əlaqələr qurulur”.
C.Bişop əlavə edib ki, Vaşinqton görüşü zamanı ABŞ administrasiyası İŞİD-lə mübarizə üçün Avstraliyadan əlavə yardım istəməyib. Birləşmiş Ştatlar, əsasən, Yaxın Şərq ölkələrini İŞİD-lə mübarizəyə daha çox dəstək verməyə çağırıb.
banner

Oxşar Xəbərlər