• şənbə, 27 Aprel, 06:43
  • Baku Bakı 12°C

Avropada narkotik maddə ticarətindən hər il 30 milyard avrodan çox gəlir əldə olunur

28.11.19 15:45 786
Avropada narkotik maddə ticarətindən hər il 30 milyard avrodan çox gəlir əldə olunur
Çətənə (kannabis) Avropa ölkələrində ən çox qəbul edilən narkotik vasitədir.
Bu məlumat narkotiklərlə bağlı Avropa İttifaqının (Aİ) illik hesabatında qeyd olunub.
AZƏRTACxəbər verir ki, Avropa İttifaqının Narkotiklər və Narkomaniya üzrə Monitorinq Mərkəzinin (EMCDDA) yaydığı hesabatda narkotik ticarətinin tədricən internet vasitəsilə aparıldığı vurğulanıb. Eyni zamanda, Avropaya narkotik vasitələr gətirən qaçaqmalçıların insan qaçaqçıları ilə sıx işbirliyi tendensiyasının artdığı ifadə edilib.
Hesabatda bildirilib ki, 2017-ci ildə cinayətkar dəstələr təkcə çətənə satışından 11,6 milyard avro əldə ediblər. Eləcə də kokain (9,1 milyard avro), heroin (7,4 milyard avro) və amfetaminlərin (1 milyard avro) dövriyyəsində də artım mövcuddur. Ümumilikdə cinayətkarlar Avropada narkotik vasitələr ticarətindən hər il azı 30 milyard avro qazanırlar.
Mərkəzin rəhbəri Aleksis Qoosdel hesabatın təqdimatında bildirib ki, hazırda Aİ ərazisində və onun hüdudlarından kənarda həddən artıq narkotik istehsalı müşahidə olunur. Bu da öz növbəsində təbii və sintetik narkotiklərin daha asanlıqla əldə olunmasına yol açır. Eyni zamanda, narkotik vasitələrin ticarətinin mütəşəkkil cinayətkarların əsas gəlir mənbələri sırasında olduğunu nəzərə alaraq, bu gəlirlərin müxtəlif cinayətlərin və hətta beynəlxalq terrorizmin maliyyələşdirilməsinə sərf edilməsi də şübhəsizdir.
Hesabatda, həmçinin qeyd edilib ki, Avropa İttifaqı ölkələrində istehlak olunan narkotik vasitələrin əsas hissəsi Cənubi Amerika ölkələri, Əfqanıstan və Çindən gəlir. Balkan regionunda narkotik ticarətçiləri və insan qaçaqçıları arasında sıx əlaqənin mövcudluğu da müşahidə olunan faktlar sırasındadır.
banner

Oxşar Xəbərlər