AZE | RUS | ENG |


Avropada jurnalistlər hədə-qorxu və zorakılıqla üzləşirlər

Avropada jurnalistlər hədə-qorxu və zorakılıqla üzləşirlər
Avropada jurnalistlər hədə-qorxu, zorakılıq və digər problemlərlə üzləşirlər.
 
APA-nın xəbərinə görə, bu,Avropa Şurası keçirdiyi sorğunun nəticələrində əksinin tapıb. Sorğu Avropa Şurasının üzvü olan 47 ölkə və Belarusdan olan 940 jurnalist arasında, anonim şəkildə internet üzərindən beş dildə aparılıb.
 
Sorğunun nəticələrinə görə, hədə-qorxu, zorakılıq halları da daxil olmaqla jurnalistlər fəaliyyətlərində ciddi və əsassız müdaxilələrə məruz qalırlar. Nəticədə bir çox jurnalist özünü məhdudlaşdırır.
 
2016-cı il aprel-iyul aylarında keçirilən sorğuya qatılan iştirakçıların hər üç nəfərindən biri son üç ildə zorakılıqla qarşılaşıb. Respondentlərin 69 faizi hədə-qorxu, böhtan və təhqir daxil olmaqla psixoloji zorakılıqdan əziyyət çəkdiyini deyib.
 
Respondentlərin əksəriyyəti internet üzərindən hədə-qorxu ilə üzləşdiyini bildirib. Onların 53 faizi qaralama kampaniyalarda iştirakda, siyasi partiya tərəfdarı olmaqda, rəsmi şəxslərə böhtan atmaqda və qərəzli mövqe tutmaqda ittiham olunub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022