• cümə, 29 Mart, 19:01
  • Baku Bakı 14°C

Avropa Şurası Serbiyanı Srebrenitsa soyqırımını etiraf etməyə çağırıb

16.05.17 11:10 807
Avropa Şurası Serbiyanı Srebrenitsa soyqırımını etiraf etməyə çağırıb
Avropa Şurası(AŞ) Serbiyanı törətdiyi Srebrenitsa qətliamının soyqırımı olduğunu etiraf etməyə çağırıb.
APA-nın "DW”-yə istinadən verdiyi məlumata görə, AŞ rəsmi Belqradın 1995-ci il hadisələri ilə bağlı üzr istəməsini yetərli hesab etmir.
AŞ-nın İrqçilik və dözümsüzlüklə mübarizə komissiyasının bəyanatında bildirilir ki, beynəlxalq məhkəmələrin Srebrenitsa hadisələrini soyqırımı kimi qiymətləndirməsinə rəğmən Serbiya parlamenti və prezident indiyədək 1995-ci ildə baş verənləri rəsmi olaraq soyqırımı kimi tanımayıb.
Qeyd edək ki, 1995-ci ildə Bosniyada gedən müharibənin sonuna bir neçə ay qalmış bosniya-serb birləşmələri 8000-dək müsəlmanı oğurlayaraq qətlə yetirib. Bu qətliam İkinci Dünya müharibəsindən sonra Avropada törədilmiş ən dəhşətli cinayət hesab edilir.
AŞ-nın komisiyası irqçilik zəmində soyqırımı və digər hərbi cinayətlərdə günahkar olan şəxslərin məsuliyyətə cəlb olunması işinin ləng getməsinə görə təəssüfünü də ifadə edib.
"Soyqırımı faktının etirafı və zorakılıq halların şəffaf şəkildə araşdırılması müxtəlif etnik qrupların nümayəndələrinin bundan sonra qorxu içində və yeni cinayətlərin törədiləcəyi əndişəsində yaşamaması üçün vacibdir”, - deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, Bosniya müharibəsi bitəndən sonra beynəlxalq ədliyyə qurumlarının rəylərinə baxmayaraq, Serbiya Srebrenitsa hadisələrini rəsmi şəkildə soyqırımı olduğunu etiraf etməkdən imtina edir.
banner

Oxşar Xəbərlər