AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Avropa Şurası növbəti dəfə mövqesizlik nümayiş etdirdi”

“Avropa Şurası növbəti dəfə mövqesizlik nümayiş etdirdi”

Cəmiyyət
06 İyun 2020, 22:30 231
"Dağlıq Qarabağ erməniləri tərəfindən "formalaşdırılan” marionet rejimin özünə "leqitimlik” qazandırmaq çəhdləri tamamilə iflasa uğramışdır”.  

Bunu APA-ya açıqlamasında deputat Nizami Səfərov deyib. 

Deputat bildirib ki, Azərbaycanın əzəli və əbədi ayrılmaz tərkib hissəsi olan, hərbi təcavüz nəticəsində müvəqqəti işğal altına düşmüş Dağlıq Qarabağda dünyanın heç bir dövləti və heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayan saxta "seçkilərin” keçirilməsi və "inauqurasiya” şousu istər separatçı xunta rejiminin, istərsə də onlardan heç də geri qalmayan Ermənistan hakimiyyətinin növbəti dəfə iç üzünü göstərdi: "ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya Federasiyası xunta rejimi tərəfindən keçirilən "seçkiləri” və "onun nəticələrini” tanımadıqlarını bəyan etdilər. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və bir sıra nüfuzlu beynəlxalq təşkilatlar qanunsuz "seçkiləri” qınadı. Bu isə öz növbəsində bir daha əyani şəkildə göstərdi ki, təməlində etnik təmizləmələr, soyqırım, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər duran və Dağlıq Qarabağ erməniləri tərəfindən "formalaşdırılan” marionet rejimin özünə "leqitimlik” qazandırmaq çəhdləri tamamilə iflasa uğramışdır. Burada bir maraqlı tarixi faktı xatırlatmaq yerinə düşər. 28 fevral 1938-ci ildə Adolf Hitler alman bundestaqındakı çıxışında Çexoslovakiyanın Sudet vilayətində alman azlığının hüquqlarının pozulmasını bəhanə gətirərək, bunun ağır nəticələri barədə xəbərdarlıq edib”.

N.Səfərov qeyd edib ki, Avstriyanın Almaniyaya birləşdirilməsindən (anşlüsundan)  sonra Hitler Üçüncü Reyxin "hətta başqa dövlətlərin vətəndaşları olan almanların müdafiəçisi olması” və "alman azlığına işgəncələr verilməsi və onların məhv edilməsi” təhlükəsi ilə üzləşdiklərini bəhanə gətirərək suveren dövlət olan Çexoslovakiyanın Sudet vilayətinin işğalina əmr verib: "Burada Dağlıq Qarabağla müqayisədə bir çox oxşarlıqlar var. Faşist Almaniyasının metodlarını və ritorikasını yüksək səviyyədə məniməsyən işğalcı Ermənistan beynəlxalq münasibətlərdə və beynəlxalq hüquqda tamamilə qəbul edilməyən bir tərzdə olan davranış nümayiş etdirir. Əfsuslar olsun ki, Nizamnaməsinin 3-cü maddəsində qanunun aliliyi prinsipinin rəhbər tutulmasını bəyan edən Avropa Şurası, Dağlıq Qarabağda baş verən açiq-aşkar hüquqa zidd hərəkətlərə reaksiya verməmişdir. Bu təşkilat və onun onun aparıcı qurumlarından olan Parlament Assambleyası susmağa üstünlük verərərk, dağıdıcı separatizmə açıq-aşkar dəstək nümayiş etdirdilər. Avropa Şuraşısının ikili standartlarla çıxış etməsı, onun anti-Azərbaycan meylləri ölkəmizin ictimayyətini təəcübləndirməməlidir, Azərbaycana qarşı ədalətsiz münasibət bu taşkilatın əsas davranış xəttinə çevrilmişdir. Ancaq heç kəs unutmamalıdır ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən strateji kursun nəticəsi olaraq dövlətimiz demokratiya yolu ilə inamla addımlayır, beynəlxalq təhlükəsizliyə, beynəlxalq iqtisadi inkişafa, insan hüquqları və əsas azadlıqlarının qorunmasına mühüm töhfələr verir”.