• şənbə, 20 Aprel, 08:58
  • Baku Bakı 14°C

Avropa şirkətləri Azərbaycanda həyata keçirilən tədbirləri tam dəstəkləyir

09.03.21 18:30 783
Avropa şirkətləri Azərbaycanda həyata keçirilən tədbirləri tam dəstəkləyir
"Aİ Biznes Mühiti Hesabatı 2020" 5-ci nəşrinə əsasən, Avropa İttifaqı (Aİ) şirkətlərinin 75%-i pandemiya dövründəki Azərbaycan iqtisadiyyatına mənfi təsirlərin minimallaşdırılması istiqamətində həyata keçirilən tədbirləri tam dəstəkləyir.
Kaspi.az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O qeyd edib ki, 55% şirkət vergi güzəştləri və fiskal imtiyazlarını, 49% pandemiyanın daha çox təsir etdiyi sahələrdə əməkhaqlarının ödənilməsini, 40% isə inzibati prosedurların rəqəmsallaşdırılmasını yüksək qiymətləndirib.
banner

Oxşar Xəbərlər