• cümə axşamı, 25 aprel, 17:37
  • Baku Bakı 23°C

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi açıqlanıb

10.11.17 10:30 899
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi açıqlanıb
2017-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 38 mln. 911,8 min ton, yük dövriyyəsi isə 8 mlrd. 343,7 mln. ton-km olub.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yüklərin 24,013 mln. tonu və ya 61,7%-i avtomobil nəqliyyatı, 9 mln. 589,8 min tonu və ya 24,7%-i dəmir yolu nəqliyyatı, 5,309 mln. tonu və ya 13,6%-i dəniz nəqliyyatı ilə daşınıb.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 4,7% artım müşahidə edilib.
Dəhliz vasitəsilə daşınmış yüklərin 19%-ini və ya 7 mln. 386,3 min tonunu tranzit yüklər təşkil edib.
banner

Oxşar Xəbərlər