• cümə axşamı, 18 aprel, 20:12
  • Baku Bakı 21°C

"Avropa Parlamenti erməni lobbisinin təsiri altında olmasını gizlədə bilmir"

17.11.17 13:50 2367
"Avropa Parlamenti erməni lobbisinin təsiri altında olmasını gizlədə bilmir"
"Son vaxtlıar Avropanın bir sıra strukturları, qeyri-hökumət təşkilatları Azərbaycana qarşı çirkin hücuma keçiblər".

APA-nın məlumatına görə, bunuMilli Məclisin iclasında çıxış edən deputat Məlahət İbrahimqızı deyib.

M. İbrahimqızı bildirib ki, iki gün əvvəlAvropa Parlamentinin hazırladığı hesabatda Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qeyd olunan fəsillərdə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilib: "HalbukiAvropa ParlamentiAzərbaycanın ərazi bütövlüyünün pozulması, təcavüzə məruz qalması, 1 milyon qaçqın və məcburi köçkünün olması ilə bağlı dörd qətnamə qəbul edib. O qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, qaçqınların dərhal öz yurdlarına qayıtmasının zəruriliyi qeyd-şərtsiz əks olunub. Bəs, niyəAvropa Parlamentiindi susur? Azərbaycan torpaqları işğaldan azad oldumu? Qaçqınlar qayıtdımı? SentyabrdaAvropa ParlamentininBMT-yə göndərdyi, eləcə də ayın 15-də qəbul etdiyi sənədlər bir daha göstərir ki, bu qurum müstəqil deyil və erməni lobbisinin təsiri altında olmasını gizlədə bilmir. Bu yaxınlarda İspaniyanın Kataloniya bölgəsi liderinin həbsindən sonra onu siyasi lider yox, cinayətkar adlandırmaları, amma Azərbaycanda konkret cinayətə görə həbs edilənləri siyasi məhbus adlandırmaları bir daha onu göstərir ki, bizə qarşı qərəzli mövqe var. Dövlətimizə, dövlət rəhbərimizə qarşı çox qərəzli mövqe tutublar”.

Deputat AzərbaycanınAvronest Parlament Assambleyasındakı nümayəndə heyəti adındanAvropa Parlamentinə etiraz bəyanatı göndərilməsini təklif edib.
banner

Oxşar Xəbərlər