• cümə, 19 Aprel, 06:07
  • Baku Bakı 13°C

Avropa Liqasında yeni rekord

04.08.17 13:50 1578
Avropa Liqasında yeni rekord
Avropa Liqasında keçirilən "Milan” - "Universitate” oyunu (2:0) əlamətdar olub.
Kaspi.az xəbər verir ki, bu qarşılaşmada Avropa Liqasının yeni rekordu müəyyənləşib. Bu barədə məlumatı UEFA-nın saytı yayıb.
Qarşılaşmanı stadiondan 65763 azarkeş izləyib. Bu da turnirin yeni rekordudur. Əvvəlki rekord 2015-ci ildə Avropa Liqasının 3-cü təsnifat mərhələsində keçirilən "Borussiya” - "Volfsberq” oyununda qeydə alınmışdı. Həmin vaxt Dortmunddakı arenada 65190 azarkeş olmuşdu.
banner

Oxşar Xəbərlər