AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Avropa Liqası:

Avropa Liqası: "Neftçi" "Qalatasaray"a qarşı

İdman
17 Sentyabr 2020, 09:15 206
Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi "Neftçi" turnirdə növbəti oyununu keçirəcək. Flaqman Türkiyə nəhəngi "Qalatasaray"la qarşılaşacaq.
Bakı Olimpiya Stadionundakı görüş saat 20:00-da start götürəcək.
17 sentyabr
UEFA Avropa Liqası
II təsnifat mərhələsi
20:00. "Neftçi” – "Qalatasaray” (Türkiyə) 
Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu
Qeyd edək ki, I raundda Makedoniya "Şkupi"sini mübarizədən kənarlaşdırmış "ağ-qaralar" İstanbul təmsilçisini də keçəcəyi təqdirdə növbəti mərhələdə "Renova” (Şimali Makedoniya) - "Hayduk” (Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək.