• çərşənbə axşamı, 16 aprel, 11:26
  • Baku Bakı 14°C

Avropa Liqası: “Milan”dan möhtəşəm qələbə, “Ayaks” və “Fənərbaxça” məğlub oldu

18.08.17 09:30 1012
Avropa Liqası: “Milan”dan möhtəşəm qələbə, “Ayaks” və “Fənərbaxça” məğlub oldu
Dünən UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyunlar keçirilib.
AZƏRTACxəbər verir ki, bu mərhələdə bir sıra maraqlı nəticələr qeydə alınıb. İtaliya nəhəngi "Milan” Makedoniyanın "Şkendija” klubuna heç bir şans verməyərək böyük hesablı qələbə qazanıb – 6:0. Günün diqqətçəkən nəticələrindən biri isə Amsterdamda qeydə alınıb. Avropa Liqasının son mövsümünün finalçısı "Ayaks” öz meydanında Norveçin "Rusenborq” klubuna uduzub – 0:1. Türkiyənin "Fənərbaxça” klubu gözlənilmədən Makedoniyada "Vardar”a məğlub olub – 0:2.
Günün digər qarşılaşmaları isə aşağıdakı kimi yekunlaşıb:
"Apollon” – "Middülland” – 3:2, "BATE” – "Oleksandriya” – 1:1, "Dinamo” (Zaqreb) – "Skenderbeu” – 1:1, "Krasnodar” – "Srvena Zvezda” – 3:2, "Nafnarfyordur” – "Braqa” – 1:2, "PAOK” – "Ostersund” – 3:1, "Viktoriya” (Plzen) – "AEK Larnaka” – 3:1, "Altax” – "Makkabi” (Təl-Əviv) – 0:1, "Ludoqorets” – "Suduva” – 2:0, "Panatinaikos” – "Atletik Bilbao” – 2:3, "Brügge” – "Aek” (Afina) – 0:0, "Domjale” – "Marsel” – 1:1, "Vitorul” – "Zaltsburq” – 1:3, "Legiya” – "Şerif” – 1:1, "Osiyek” – "Austriya” (Vyana) – 1:2, "Partizan” – "Videoton” – 0:0, "Everton” – "Hayduk” – 2:0, "Maritimo” – "Dinamo” (Kiyev) – 0:0.
Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.
banner

Oxşar Xəbərlər