• cümə, 19 Aprel, 04:22
  • Baku Bakı 18°C

Avropa İttifaqında restoranlarda ən az pul xərcləyən Rumıniya vətəndaşlarıdır

14.01.20 09:00 520
Avropa İttifaqında restoranlarda ən az pul xərcləyən Rumıniya vətəndaşlarıdır
Avropanın statistika agentliyi-"Avrostat”-ın məlumatına əsasən, Avropa İttifaqında (Aİ) ən az restoranlara vəsait ayıran Rumıniya vətəndaşlarıdır.
AZƏRTACxəbər verir ki, Aİ vətəndaşları 2018-ci ildə 600 milyard avro restoran və yeməkxanalarda xərcləyiblər. Ən çox Avropada restoranlara pul xərcləyənlər irlandiyalılardır. Onlar ümumi gəlirin 14,4 faizini bu istiqamətə yönəldir. Sonra siyahıda İspaniya 13, Malta 12,6, Yunanıstan 12,4 faizlə yer alıb. Ən az isə bu göstərici Rumıniyada 1,9 faiz, Polşada 3 faiz və Litvada 3,4 faiz olaraq qeydə alınıb. Məlumata görə, Aİ-də 2008-2018-ci illərdə restorana yönələn xərclər artaraq ümumi gəlirin 7 faizini təşkil ediblər.

banner

Oxşar Xəbərlər