Avropa İttifaqı və Özbəkistan Əfqanıstan üçün qadın kadrlar hazırlayacaq

Avropa İttifaqı və Özbəkistan Əfqanıstan üçün qadın kadrlar hazırlayacaq

Təfsilat
17 Noyabr 2019, 15:45 1320
Özbəkistanda Avropa İttifaqı-Özbəkistan-Əfqanıstan formatında qadın kadrların hazırlanmasına başlanılıb.
 
AZƏRTAC xəbər verir ki, Özbəkistan və Avropa İttifaqı (Aİ) əfqanıstanlı qadınların iqtisadi hüquqlarının və imkanlarının qorunması üçün proqram hazırlayıb.
Proqrama əsasən Əfqanıstan qadınları Özbəkistanda və Qazaxıstanda müxtəlif sahələr üzrə ali təhsil alacaqlar.
 
Özbəkistanın Xarici İşlər naziri Əbdüləziz Kamilov qeyd edib ki, Aİ ilə birgə proqram əfqanıstanlı qadınların kənd təsərrüfatı, dəqiq elmlər və dağ-mədən sənayesi sahələrində təhsil almaları, onların öz ölkələrinin sosial və siyasi həyatında fəal iştirak etmələri üçün şərait yaradacaq. Proqram çərçivəsində Termezdə yaradılan təhsil mərkəzində artıq 100 əfqan qadın diplom alaraq vətəninə qayıdıb
 
Nazir deyib ki, Özbəkistan tərəfi Avropa və Çinin dəstəyi ilə proqram çərçivəsində təhsil alanların sayını 300-ə çatdırmaq niyyətindədir.