• cümə axşamı, 28 mart, 14:07
  • Baku Bakı 16°C

Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyaları təqdir edib

16.07.19 09:00 18131
Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyaları təqdir edib
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Türkiyəyə qarşı Kiprin xüsusi iqtisadi zonasında karbohidrogen yataqlarının kəşfiyyatı ilə bağlı sanksiyaları təqdir edib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, sanksiya tədbirləri həmçinin Türkiyənin Avropa İttifaqı tərəfindən maliyyələşdirilməsinin azaldılmasını və hava əlaqəsi haqqında saziş üzrə danışıqların dayandırılmasını nəzərdə tutur.
Bundan əlavə, əgər Türkiyə öz mövqeyindən imtina etməzsə digər sanksiyaların, o cümlədən yataqlarının kəşfiyyatında iştirak edən ayrı-ayrı şəxslər və ya şirkətlər barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqidə mümkündür.
banner

Oxşar Xəbərlər